logo

2026-cı ilədək Azərbaycandakı avtomat meteoroloji stansiyaların sayı 77-yə çatacaq

15:30 15-11-2023 | icon 791
2026-cı ilədək Azərbaycandakı avtomat meteoroloji stansiyaların sayı 77-yə çatacaq

2020-2022-ci illər ərzində ölkədə avtomat meteoroloji stansiyaların sayı 34-dən 51-ə, avtomat hidroloji stansiyaların sayı 0-dan 40-a, avtomat dəniz stansiyalarının sayı 0-dan 4-ə, dopler radarların sayı 0-dan 2-yə çatdırılıb, həmçinin 1 aqrometeoroloji stansiya quraşdırılıb.

YeniAvropa xəbər verir ki, bunu Türk Dünyası II Meteoroloji Forumunda "Regional erkən xəbərdarlıq sisteminin yaradılmasında rəqəmsallaşmanın rolu" mövzusunda təqdimatla çıxış edən Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Əkbər Əsgərov deyib.

Ə.Əsgərov bildirib ki, 2026-cı ilə qədər hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılmasının davam etdirilməsi planlaşdırılır. Belə ki, 2023-2026-cı illərdə avtomat meteoroloji stansiyaların sayı 77-yə, avtomat hidroloji stansiyaların sayı 55-ə, avtomat dəniz stansiyalarının sayı 7-yə, dopler radarların sayı 5-ə, aqrometeoroloji stansiyaların sayı 17-yə çatdırılacaq. Həmçinin 3 aeroloji stansiya qurulacaq.