logo

Moldova prezidentinin qəzaya düşdüyü anın videosu yayılıb

20:52 09-09-2018 | icon 2527
Moldova prezidentinin qəzaya düşdüyü anın videosu yayılıb

Moldova Dövlət Mühafizə Xidməti ölkə prezidenti İqor Dodonun içərisində olduğu maşının qəzaya düşdüyü anın görüntülərini yayıb.

YeniAvropa xəbər verir  ki, videodan yük maşınının qarşı yola çıxdığı, ardınca isə nəqliyyat vasitəsinin dövlət başçısının olduğu avtomobilə çırpıldığı və nəticədə onu yoldan kənara atdığı görünür.

Qəza Straşenı – Kalaraş yolunda baş verib. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.