Cənubi Sudanda sərnişin təyyarəsi gölə düşüb, hadisə nəticəsində 21 nəfər ölüb.
YeniAvropa xəbər verir ki, bu barədə “The Associated Press” informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 3 yaşlı oğlan uşağı və iki kişi olmaqla üç nəfər sağ qalıb.
Qeyd edək ki, 19 sərnişin tutumu olan təyyarə ölkənin paytaxtı Cuba şəhərindən havaya qalxıb.