logo

Moldova prezidenti yol qəzası nəticəsində xəstəxanaya yerləşdirilib

16:27 09-09-2018 | icon 2660
Moldova prezidenti yol qəzası nəticəsində xəstəxanaya yerləşdirilib

Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb.

YeniAvropa yerli mətbuata istinadən verdiyi məlumata görə, Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.

Məlumata görə, prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub.

Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib.