logo

Bu gün Rusiyada vahid seçkilər günüdür

13:44 09-09-2018 | icon 2527
Bu gün Rusiyada vahid seçkilər günüdür

Sentyabrın 9-u Rusiya Federasiyasında vahid seçkilər günüdür.

YeniAvropa xəbər verir  ki, Rusiya vətəndaşları ölkənin 22 regionunun başçısını və 16 regionda qanunvericilik orqanlarına üzvləri seçəcəklər. Bundan əlavə, birmandatlı seçki dairələri üzrə Dövlət Dumasına, eləcə də yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Seçkiləri 50 minə yaxın əcnəbi müşahidəçi izləyir. Vahid səsvermə Moskva vaxtı ilə saat 23:00-da başa çatacaq.

Bu gün ,həm də, Rusiya paytaxtının sakinləri Moskva merini seçirlər. Moskvanın rəhbəri vəzifəsinə seçilmək üçün beş namizəd, o cümlədən hazırkı mer Sergey Sobyan mübarizə aparır.