logo

Abxaziyanın baş naziri yol qəzasında həlak oldu

10:26 09-09-2018 | icon 2688
Abxaziyanın baş naziri yol qəzasında həlak oldu

Abxaziyanın baş naziri Gennadi Qaquliya yol qəzasında dünyasını dəyişib.

YeniAvropa  Gürcüstan KİV-nə istinadla xəbər verir  ki, bu barədə müxtar respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qəza Abxaziyada Myusser postu ərazisində qeydə alınıb. İlkin məlumata görə, baş nazir xəstəxanada keçinib. Başqa heç kimin xəsarət almadığı bildirilir.

Hadisənin başvermə şəraiti dəqiqləşdirilir.

Xatırladaq ki, 71 yaşlı G.Qaquliya 1995-1997 və 2002-2003-cü illərdə Abxaziyanın baş naziri olub. Bu ilin 25 aprelindən o, yenidən həmin vəzifəni icra etməyə başlamışdı.