“Taliban” hərəkatı silahlılarının Əfqanıstanın şimalında yerləşən Cauzcan əyalətindəki nəzarət-buraxılış məntəqələrinə hücumu nəticəsində 7 polis əməkdaşı həlak olub.
YeniAvropa xəbər verir ki, "Sinxua" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalət şurasının rəhbəri Bəbir Eşqi bildirib.
Hücum sentyabrın 7-də səhər saatlarında başlayıb və bir neçə saat davam edib. Şura rəhbəri, həmçinin taliblərin də itkilərə məruz qaldığını deyib. Onun sözlərinə görə, hökumət əlavə qüvvələr göndərməsə, yaxınlıqda yerləşən rayonlar “Taliban” hərəkatının əlinə keçə bilər.
Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması aktiv fəaliyyət göstərir.