Koreya Respublikasının prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In sentyabrın 18-20-də Pxenyanda görüşəcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin xüsusi nümayəndəsi Çunq Euy-yonq Şimali Koreyaya səfərinin yekunları ilə bağlı danışarkən deyib.
Qeyd edək ki, bu, iki ölkə lideri arasında cari ildə baş tutan üçüncü görüş olacaq.