logo

Bakıda “Azərbaycan- Belarus: sərmayələr, ticarət və logistika” mövzusunda seminar keçiriləcək

09:58 26-09-2023 | icon 1127
Bakıda “Azərbaycan- Belarus: sərmayələr, ticarət və logistika” mövzusunda seminar keçiriləcək

Noyabrın 2-də Bakıda “Azərbaycan- Belarus: sərmayələr, ticarət və logistika” mövzusunda seminar keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Belarus Milli Marketin Mərkəzindən məlumat verilib.

“2023-cü il noyabrın 2-də Bakıda (Azərbaycan) Milli Marketin Mərkəzinin tərəfdaşları, ASER konsaltinq şirkəti Belarusun Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Belikiy kamen” (“Dahi daş”) sənaye parkı ilə birgə Azərbaycan- Belarus: sərmayələr, ticarət və logistika” mövzusunda seminar təşkil edir”,- deyə Mərkəzin məlumatında qeyd olunub.

Seminarın məqsədi Belarus və Azərbaycan biznesi arasında əməkdaşlığın işgüzar nöqtələrinin axtarışıdır. Azərbaycan tərəfindən seminara Belarus ilə ərzaq malları, maşınqayırma, kimya və digər istiqamətlər üzrə ixrac, idxal, kooperasiya sahələrində əməkdaşlıqda maraqlı olan şirkətlər qatılacaq. Belarus tərəfindən iri istehsal, logistika şirkətlərinin, maliyyə, konsaltinq təşkilatlarının və sair sahiblərinin və top-menecerlərinin iştirakı planlaşdırılır.

Seminar spikerləri investisiya potensialı, istehsalatın lokallaşdırılması, logistika, tikinti mövzularında təqdimatlarla çıxış edəcəklər.