logo

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

15:45 19-09-2023 | icon 1526
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

Son vaxtlar müxtəlif internet resursları vasitəsilə vətəndaşlara xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.

YeniAvropa xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti (ETX) bununla bağlı məlumat yayıb.

Bildirilib ki, vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edir.