logo

Xəzər dənizində zəlzələ olub

15:30 19-09-2023 | icon 1519
Xəzər dənizində zəlzələ olub

Sentyabrın 19-da Xəzər dənizində zəlzələ olub.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

İlkin məlumatlara görə, yerli vaxtla saat 14:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-yə bərabər olub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.