logo

Xəzər dənizində dalğanın hündürlüyü 4,4 metrə çatıb

19:20 18-09-2023 | icon 1043
Xəzər dənizində dalğanın hündürlüyü 4,4 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 18-i saat 15:00-a olan məlumatına əsasən, Göygöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, Qrız, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.

Xidmətdən YeniAvropa-ya  verilən məlumata görə, şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında arabir 20-25 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Göygöl, Balakən, Şəki, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 20°-dək isti, Naxçıvan Muxtar Respublikasında 25°-dək isti, Aran rayonlarında 19°-dək, dağlıq rayonlarda 13°-dək isti olub.