logo

Ali məktəblərin boş qalan yerlərə qeydiyyatın müddəti uzadılıb

15:30 18-09-2023 | icon 8505
Ali məktəblərin boş qalan yerlərə qeydiyyatın müddəti uzadılıb

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşmə, bakalavriat və rezidentura səviyyələrinin boş qalan yerlərinə isə əlavə yerləşmə üzrə qeydiyyat prosesi davam edir.

Elm və Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemi üzərindən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat prosesi tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşmə üzrə sentyabrın 25-i saat 18:00-da, bakalavriat səviyyəsinin boş qalan yerlərinə əlavə yerləşmə üzrə sentyabrın 20-si saat 18:00-da, rezidentura səviyyəsinin boş qalan yerlərinə əlavə yerləşmə üzrə isə sentyabrın 18-i saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.