Azərbaycanın mədəniyyət naziri Çində Beynəlxalq İpək Yolu Sərgisində iştirak edib
Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyətinin Çinə səfəri davam edir.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, sentyabrın 6-da mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Qansu vilayətinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti əvvəlcə mədəni turizm sərgisi ilə tanış olub. Burada Çinin İpək yolu boyunca yerləşən bölgələrinin tarixinə, mədəni irsinə, İpək yolunun tarixən mədəni əlaqələrdəki roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına dair eksponatlar, mədəniyyət abidələri, fotolar, kitablar, təsviri incəsənət nümunələri nümayiş olunur.
Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində çıxış edən Çin Kommunist Partiyasi (ÇKP) mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley, partiyanın Qansu vilayəti komitəsinin katibi Hu Çanşen, Çin Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun və digərləri çıxış edərək, tədbirin tarixi İpək yolu üzərində yerləşən ölkələr və xalqlar arasında mədəni mübadilənin və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələrdən söz açıblar.
İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və Dövlət Şurasının (Nazirlər Kabineti) ortaq qərarı ilə 2016-cı ildən hər il ənənəvi olaraq tarixi Dunhuan şəhərində keçirilir. Sərginin təşkilatçıları Qansu vilayətinin Xalq Hökuməti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mətbuat, Nəşr, Radio, Film və Televiziya İdarəsi, Milli Turizm Administrasiyası və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasıdır. Bu ilki sərgidə dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət adamları da daxil olmaqla 1200-dən çox yerli və əcnəbi nümayəndə iştirak edir. İki gün davam edəcək sərgi çərçivəsində müxtəlif forum, konfrans, seminar, simpozium, konsert proqramları təşkil olunacaq. Çin hökuməti tərəfindən “Bir kəmər, bir yol” ölkələri arasında mədəni mübadiləni təşviq etmək üçün yaradılan Beynəlxalq İpək Yolu Sərgisi müvafiq sahələrdə insanlar arasında əlaqələr, qarşılıqlı etimad və ticarət əməkdaşlığı üçün möhkəm zəmin yaradır. Beynəlxalq platformaya çevrilən bu sərgi həm ölkə daxilində, həm də xaricdə böyük rəğbətlə qarşılanır, mühüm nailiyyətlər əldə edir.
Nazir Adil Kərimli Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley və Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun ilə görüşüb.
Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsi-VİDEO
“Qızlara ağ yaraşır” Qran-Pri mükafatı qazandı
Söyüdlü kəndindəki vəziyyəti araşdıran Komissiyanın iclası keçirilib
Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilib
Vladimir Putin İbrahim Rəisiyə zəng edib
Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı seçilib
Nazir Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib
Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans kerçirilib
Bakı Xankəndiyə 30 ton benzin, 34 ton dizel göndırdi
Sabah Bakıda 27° isti olacaq
Xankəndiyə daha 64 ton yanacaq göndərilib
QHT nümayəndələri Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Zavodda üstünə isti su tökülən iki fəhlədən biri ölüb
Azərbaycan diasporu dünyanın 70 ölkəsində fəaliyyət göstərir
Nazirlər Kabineti gələn ilin büdcə layihəsini bəyənib
Azərbaycan Ağdam- Xankəndi yolu ilə Qarabağ erməniləri üçün humanitar yük göndərib
Bakıda Türk Dövlətlərinin II Aqrobiznes Forumu keçirilir
Sabirabadda 11 şagird və bir müəllim zəhərlənib
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçirilir
Azərbaycan nefti 101,42 dollara satılır
Qənirə Paşayevanın müalicəsi davam etdirilir
Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu öz işinə başlayır
Bakıda “Azərbaycan- Belarus: sərmayələr, ticarət və logistika” mövzusunda seminar keçiriləcək