logo

Siyəzəndə ağır avtoqəza:2 nəfər ölüb, 5 nəfər yaralanıb

10:10 01-09-2023 | icon 5537
Siyəzəndə ağır avtoqəza:2 nəfər ölüb, 5 nəfər yaralanıb

Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 1986-cı il təvəllüdlü Samit Əmirov Bədəl oğlu və onun 3 yaşlı övladı Elnur Əmirlidir.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.