logo

3342 tələbə payız semestrində təhsil krediti üçün müraciət edib

16:11 30-08-2023 | icon 5964
3342 tələbə payız semestrində təhsil krediti üçün müraciət edib

2023-2024-cü tədris ilinin payız semestrində təhsil tələbə krediti almaq üçün bu günə qədər 3 342 tələbə müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Tələbə Kredit Fondundan məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən 1 712 nəfərə kredit verilib. Onlardan 523-ü sosial, 1 189-u isə standart təhsil kreditidir.

Qeyd edək ki, müraciət edənlərdən 168-nə imtina verilib.