Əfqanıstanda Moldova şirkətinə məxsus helikopter qəzaya uğrayıb.
YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, qəza zamanı helikopterdə olan 10 sərnişin və 2 ekipaj üzvü ölüb, iki nəfər isə sağ qalıb.
Bildirilir ki, “Valan International Cargo Charter” şirkətinə məxsus helikopter Məzari-Şərif şəhərindəki aviabazadan havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.