logo

Müəllimlər sertifikatlaşdırma imtahanı verəcəklər

17:59 29-08-2023 | icon 6370
Müəllimlər sertifikatlaşdırma imtahanı verəcəklər

Avqustun 31-də ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan müəllimlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər test imtahanı mərhələsinə cəlb olunacaq.

YeniAvropa xəbər verir ki, bunu  Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli söyləyib. O bildirib ki, bununla da ümumilikdə sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlərin sayı 40 mini keçəcək.