Sentyabın 2-də Moskvada SSRİ xalq artisti, millət vəkili İosif Kobzonla vida mərasimi keçirilib.
YeniAvropa Rusiya KİV-nə istinadla xəbər verir ki, vida mərasimi Moskvada P.İ.Çaykovski adına konsert zalında təşkil olunub. Müğənninin xatirəsini yad edənlər arasında Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedev, estrada ulduzları, siyasətçilər və ictimaiyyət nümayəndələri yer alıb.