logo

Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxub

18:18 21-08-2023 | icon 10416
Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxub

Avqustun 14-dən 20-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 27 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 832 min 71 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 747 nəfər müalicə olunaraq sağalıb, 10 min 295 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 516, bu günə qədər isə ümumilikdə 7 milyon 668 min 437 test icra olunub.