logo

Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb

17:17 05-06-2023 | icon 2674
Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb

Türkiyənin yeni vitse-prezidenti Cevdet Yılmaz vəzifəsinin icrasına başlayıb. Səlahiyyətlərin təhvil-təslim mərasimi bazar ertəsi günü Ankarada keçirilib.

YeniAvropa  “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, sabiq vitse-prezident Fuat Oktay əmin olduğunu bildirib ki, Cevdet Yılmaz onun 159 gün ərzində bu vəzifədə apardığı işi davam etdirəcək.

“Türkiyənin vitse-prezidenti postunda mən dövlət strukturlarının dövlət büdcəsi məsələsindəki işini uzlaşdırırdım, türkdilli dövlətlər də daxil olmaqla, dövlətlərarası razılaşmaların realizə edilməsinə nəzarət edirdim, Şimali Kipr Türk Respublikasının hakimiyyət orqanları ilə sıx əlaqə saxlayırdım. Əminəm ki, bu yolu Cevdet Yılmaz davam etdirəcək”, - deyə F.Oktay qeyd edib.

F.Oktay Türkiyənin gələcək inkişafına istiqamətlənən kursu müəyyən etmiş may ayında keçirilmiş seçkilərin nəticələrini yüksək qiymətləndirib, həmçinin ölkə hökumətində işləmək imkanına görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Cevdet Yılmaz, öz növbəsində, Türkiyənin gələcək çiçəklənməsi işinə töhfə vermək qətiyyətini vurğulayıb.