logo

Ermənistan Türkiyə ilə danışıqlarda heç bir ilkin şərt irəli sürməyib

14:54 05-06-2023 | icon 4998
Ermənistan Türkiyə ilə danışıqlarda heç bir ilkin şərt irəli sürməyib

“Türkiyə iki ölkə arasında münasibətlərin normallaşması prosesində ilkin şərt irəli sürməyib”.

YeniAvropa  “Sputnik-Armeniya”ya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

“Hər iki tərəf dəfələrlə bəyan edib ki, heç bir ilkin şərt yoxdur və məqsəd münasibətlərin tənzimlənməsidir”, - deyə Ermənistan XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, bununla bağlı bir sıra yüksək vəzifəli məmurlar tərəfindən dəfələrlə müxtəlif fikirlər səsləndirilib.

A.Mirzoyan Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya səfəri və onun ikinci sırada əyləşməsinə də münasibət bildirib: “Bu, protokol məsələsidir, bütün baş nazirlər ikinci cərgədə oturmuşdular”.