logo

İyulda Moskvada üçtərəfli formatda növbəti görüş keçiriləcək

13:31 05-06-2023 | icon 3542
İyulda Moskvada üçtərəfli formatda növbəti görüş keçiriləcək

Bilirsiniz ki, danışıqlarda Brüssel formatı mövcuddur. Bu format çərçivəsində Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə liderləri arasında çoxsaylı görüşlər keçirilir.

YeniAvropa xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Moldovada “Avropa siyasi birliyi”nin Sammiti çərçivəsində baş tutan danışıqlar barədə də məlumat verən nazir bildirib: “Görüşdə gündəlikdə olan məsələlər üzrə fikir mübadiləsi aparıldı. Görüşün nəticəsi olaraq iyul ayında üçtərəfli formatda növbəti görüşün və təmasların davam etdirilməsi barədə razılıq əldə edildi”.

Xatırladaq kiMoskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri .

Görüşdə baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçuk iştirak ediblər.

Görüşdə Azərbaycanla Ermənistan arasında sərhəd və gömrük proseduru müzakirəyə çıxarılıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya ilə bağlı ilkin razılıq əldə edildiyini bildirib.