logo

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub

13:13 05-06-2023 | icon 1351
II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub

İyunun 5-də Azərbaycan Milli Elmlər Akademiyasının parkında Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub.

YeniAvropa xəbər verir ki, açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev və bir sıra beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Sonra ayrı-ayrı yazarların kitabları təqdim olunub. Minlərlə paytaxt sakininin qatıldığı festivalın bir həftə davam edəcəyi və hər gün türk dünyasının tanınmış müəllifləri ilə görüşlərin, imza mərasimlərinin keçirilməsi gözlənilir.