logo

Regionda sülhün əldə edilməsi qaçılmazdır-Ceyhun Bayramov

12:32 05-06-2023 | icon 1134
Regionda sülhün əldə edilməsi qaçılmazdır-Ceyhun Bayramov

Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Bu proses intensiv olsa da, daha sonra Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq müddətdə fasilə yaranmışdı.

YeniAvropa xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, nəhayət beynəlxalq vasitəçilərin bilavasitə iştirakı ilə may ayında Vaşinqtonda görüş baş tutub, iki ölkənin müvafiq heyətləri arasında danışıqlar aparılıb. Daha sonra liderlər səviyyəsində danışıqlar olub. Növbəti görüşün yaxın zamanlarda Vaşinqtonda keçirilməsi nəzərdə tutulub. Sülh müqaviləsi işlərin başlanması Azərbaycan tərəfinin təşəbbüsüdür, baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub.

C.Bayramov diqqətə çatdırıb ki, beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə edilməsi qaçılmazdır. “Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq çətindir”, - deyə nazir qeyd edib.