logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

10:30 31-05-2023 | icon 1449
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 54 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 122,o cümlədən borclu şəxs qismində axtarılan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən altı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.