logo

İsraildə Azərbaycanın səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq-İlham Əliyev

14:44 30-05-2023 | icon 1260
İsraildə Azərbaycanın səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq-İlham Əliyev

İsrail prezidentinin səfəri ikitərəfli münasibətlərimizi daha da gücləndirəcək.

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan prezidenti İlham Əliyev mayın 30-da İsrail prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında səsləndirib.

Hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan dövlət başçısı daha sonra qeyd edib: “Budəfəki rəsmi səfər çərçivəsində ikitərəfli münasibətlərimizin gündəliyindəki mühüm məsələləri nəzərdən keçirmək üçün daha çox imkanımız oldu. Şübhəsiz ki, bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq”.