logo

 Londondan Honkonqa uçan təyyarə Bakıda təcili eniş edib

11:55 29-05-2023 | icon 1309
 Londondan Honkonqa uçan təyyarə Bakıda təcili eniş edib

“British Airways” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

“Boeing 787” təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir sərnişin qalıb.

“British Airways” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 7:37-də yola düşüb.