logo

77 nömrəli marşrutda 12 metrlik avtobuslar işləyəcək

16:56 26-05-2023 | icon 1778
77 nömrəli marşrutda 12 metrlik avtobuslar işləyəcək

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə 77 nömrəli müntəzəm marşrut xətti (Yeni Yasamal, Ə.Əhmədov küçəsi - M.F.Axundov bağı) üzrə sərnişindaşımalarının keyfiyyəti yaxşılaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə BNA-dan bildirilib .

Qeyd edilib ki, tələbə uyğun olaraq iyunun 1-dən etibarən 77 nömrəli marşrut üzrə sərnişindaşımalar “Faiqoğlu” MMC-yə məxsus, müasir standartlara uyğun sərnişindaşıma tələblərinə cavab verən böyüktutumlu (12 metrlik) avtobuslar fəaliyyət göstərəcək. Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

Qeyd edək ki, aparılan təhlillər əsasında 77 nömrəli müntəzəm marşrutun istismarında nöqsanlar aşkarlanıb. Həmçinin ötən müddətdə sərnişinlərdən marşrutun fəaliyyəti ilə bağlı şikayət xarakterli çoxsaylı müraciətlər daxil olub.