logo

Daşkəsənə 30 santimetr qar yağıb

11:33 15-05-2023 | icon 1400
Daşkəsənə 30 santimetr qar yağıb

Mayın 14-də axşam saatlarından başlayaraq Daşkəsən rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb.

YeniAvropa xəbər verir ki, qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb. Bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.

Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.

Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda hərəkətə müəyyən problemlər yaratsa da, qabaqlayıcı tədbirlər görülür.