Faktiki hava: Dağlıq ərazilərdə qar yağır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 15-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv olub. Dağlıq ərazilərdə qar yağır.
Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağ, Xınalıqda 3, Qrızda 2 santimetr olub.
Düşən yağıntının miqdarı Hirkanda (Lənkəran) 95 (aylıq normanın 208 faizi), Oğuzda 50 (aylıq normanın 48 faizi), Astarada 43 (aylıq normanın 82 faizi), Lənkəranda 41 (aylıq normanın 90 faizi), Qəbələdə 37 (aylıq normanın 31 faizi), Lerikdə 27 (aylıq normanın 38 faizi), Zərdabda 20 (aylıq normanın 54 faizi), Ordubad 19 (aylıq normanın 46 faizi), İmişli 19 (aylıq normanın 57 faizi), Beyləqanda 19 (aylıq normanın 49 faizi), Kəlvəz, Yardımlıda 18 (aylıq normanın 29 faizi), Göygöl, Cəfərxanda 16 (aylıq normanın 48 faizi), Sabirabadda 15 (aylıq normanın 45 faizi), Göytəpədə 14, Biləsuvarda 14 (aylıq normanın 43 faizi), Zaqatala, Qusar, Kürdəmirdə 13 (aylıq normanın 43 faizi), Salyanda 12 millimetr, Şəki, Naxçıvan, Şahbuz, Gədəbəy, Neftçala, Ağdam, Ağstafa, Şərur, Qrız, Balakən, Daşkəsən, Qax, Göyçay, Şahdağ, Culfa, Tərtər, Mingəçevir, Sədərək, Tovuz, Qobustan, Naftalan, Bərdə, Quba, İsmayıllı, Yevlax, Gəncə, Şamaxı, Xaltan, Xaçmaz, Şəmkir, Goranboy, Qazıməmməd, Şabranda 10, Abşeron yarımadasının bəzi yerlərində isə 1 millimetrədək olub.
Şimal-qərb küləyi əsib, arabir Naftalanda saniyədə 20, Naxçıvanda 18, Ceyrançöldə 16, Bakıda və Abşeron yarımadasında arabir 25 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Qrız, Şabran, Göyçay, Lerik, Sumqayıt, Maştağada duman müşahidə olunub.
Mayın 14-də havanın temperaturu iqlim normasından 2.8° aşağı olub. Belə ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13°-dək isti, Naxçıvanda 5-10° isti, dağlıq rayonlarda 3-5° isti, yüksək dağlıq rayonlarda 3°-dək şaxta, Aran rayonlarında 13°-dək isti təşkil edib.
Azərbaycan nefti 101,16 dollara satılır
Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır
Qənirə Paşayevanın son durumu açıqlanıb
Xocavənddə terror aktını törədənlər saxlanılıb
Azərbaycanın güləş millisi komanda hesabında dünya çempionu olub
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunda yüksək vəzifəyə təyin olunub
Bakıda avtobusla "OPEL" toqquşub, iki nəfər ölüb
Mərkəzi Bank dövriyəyə yenilənmiş 5 qəpiklik buraxıb
Füzulidə ər arvadını öldürüb
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
Xankəndi şəhərində Azərbaycan işığı yanır
Qarabağda silah-sursatın müsadirəsi davam edir
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub-TƏBİB
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək-DİN
Sabah Bakıda yağış yağacaq,26° isti olacaq
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Parataekvondoçumuz dünya çempionu olub
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
Tbilisidə 4,7 ballıq zəlzələ olub
Ərdəbildə İƏT ölkələri turizm nəzirlərinin görüşü keçiriləcək