Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 78 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.