logo

16 mindən çox ukraynalı hərbçi Aİ-də təlim keçib-Borrel

09:49 22-04-2023 | icon 2443
16 mindən çox ukraynalı hərbçi Aİ-də təlim keçib-Borrel

Hərbi yardım missiyası çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 16 mindən çox hərbi qulluqçusu Avropa İttifaqında(Aİ) təlim keçib.

YeniAvropa xəbər verir ki, bunu Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel söyləyib.

“Artıq 16 mindən çox Ukrayna əsgəri təlim keçib. Ukraynaya dəyəri 600 milyon avrodan çox olan sursat və raketlər çatdırılıb. Birgə satınalma işləri davam edir. Aİ Ukraynanın qələbəsini təmin etmək üçün tərəfdaşları ilə işləməyə davam edir”, - deyə o əlavə edib.

Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası ötən il oktyabrın 17-də yaradılıb. Ümumilikdə, missiya çərçivəsində 30 minə yaxın ukraynalı hərbçinin Aİ-yə üzv dövlətlərdə yerləşən mərkəzlərdə təlim keçməsi planlaşdırılır.