logo

NATO ölkələri Ukraynanın Alyansa üzvü olmasına razıdırlar

15:15 21-04-2023 | icon 3066
NATO ölkələri Ukraynanın Alyansa üzvü olmasına razıdırlar

Ukrayna prezidenti Vladimir Zelenski alyansın Vilnüsdə keçiriləcək yay sammitinə dəvət olunub. O, sammitdə iştirak edəcək.

YeniAvropa xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq “Ramştayn” formatında görüşdən əvvəl keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sammitdə Ukraynaya lazımi həcmdə dəstək təsdiqlənməli, bu ölkənin sovet standartları və doktrinalarından NATO standartları və doktrinalarına keçməsinə kömək edəcək çoxillik proqram qəbul edilməlidir.

Stoltenberq vurğulayıb ki, NATO-ya üzv olan bütün ölkələr Ukraynanın alyansın üzvü olacağı ilə razılaşıblar. Lakin onun sözlərinə görə, indi diqqət Ukraynanın qələbəsini təmin etməyə yönəlib. Suveren və müstəqil Ukrayna olmadan onun NATO-ya üzvlüyünü müzakirə etməyin mənası yoxdur.

Qeyd edək ki, NATO-nun yay sammiti iyulun 11-12-də keçiriləcək.