logo

İbrahim Tatlısəs Bakıda konsert verəcək

22:33 01-04-2023 | icon 52724
İbrahim Tatlısəs Bakıda konsert verəcək

Mayın 20-də “Baku Crystal Hall” səhnəsində Türkiyənin sevilən müğənnisi, "İmperator” ləqəbli sənətçi İbrahim Tatlısəsin "Əfsanə geri dönür!" adlı konserti təşkil olunacaq.

YeniAvropa xəbər verir ki, ifaları ilə milyonların sevgisini qazanan məşhur müğənni illər sonra yenidən Bakıda öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

Biletləri "iTicket.az" saytı və şəhərin kassalarından əldə etmək mümkündür.