Bakının Sabunçu rayonunda avtomobildən 10 min manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 10 000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ələsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.