logo

Paytaxtda mənzildə meyit tapılıb

17:58 28-02-2023 | icon 1036
Paytaxtda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) YeniAvropa-ya bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.