logo

DÇ-2022:Polşa-Səudiyyə Ərəbistanı 

20:50 26-11-2022 | icon 2135
DÇ-2022:Polşa-Səudiyyə Ərəbistanı 

Qətərdəki futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

YeniAvropa xəbər verir ki, C qrupunda Polşa yığması Səudiyyə Ərəbistanı komandası ilə üz-üzə gəlib. Görüş Polşa seçməsinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Belə ki, qarşılaşmada ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Avropa təmsilçisinin kapitanı Robert Levandovski 82-ci dəqiqədə ikinci qolu rəqibin qapısından keçirib.

Bu qrupun digər oyunu saat 23:00-da Argentina və Meksika yığmaları arasında olacaq.

Qeyd edək ki, günün ilk oyununda - D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. D qrupundakı digər oyunda Fransa və Danimarka komandaları qarşılaşacaqlar. Matç saat 20:00-da başlayacaq.