logo

DÇ-2022: İran komandası Uelsi məğlub edib

17:11 25-11-2022 | icon 2590
DÇ-2022: İran komandası Uelsi məğlub edib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start verilib.

YeniAvropa  xəbər verir ki, günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında keçirilib. “Əhməd Bin Əli” stadionunda oynanılan matçda İran 2:0 hesablı qələbə qazanıb. Uelsin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qvatemalalı baş hakim Mario Eskobarın idarə edəcək qarşılaşmada qolları Ruzbe Çeşmi və Ramin Rezayan vurublar.

Ardınca A qrupunda Qətər - Seneqal və Niderland - Ekvador oyunları keçiriləcək. Matçlar müvafiq olaraq saat 17:00-da və 20:00-da başlayacaq.