DÇ-2022: İspaniya rəqibini darmadağın edib-7:0
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında günün növbəti qarşılaşması keçirilib.
YeniAvropa xəbər verir ki, günün üçüncü oyununda E qrupunda İspaniya və Kosta Rika yığmaları qarşılaşıb. Görüş İspaniyanın 7:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 11-ci dəqiqədə Dani Olmonu açıb. 21-ci dəqiqədə fərqlənən Marko Asensio Pireney təmsilçisinin üstünlüyünü artırıb - 2:0. Ferran Torres 31-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib-3:0. F.Torres 54-cü dəqiqədə dublunu rəsmiləşdirib. İspaniyanın 5-ci qolunu isə 75-ci dəqiqədə Qavi vurub. 6-cı dəfə rəqibi meydanın mərkəzinə 90-cı dəqiqiqədə Karlos Soler dəvət edib. Avropa təmsilçisinin heyətində son nöqtəni isə 90+2-ci dəqiqədə Alvaro Morata qoyub.
Qeyd edək ki, günün ilk matçında F qrupunda Xorvatiya-Mərakeş qarşılaşması qolsuz bərabərliklə yekunlaşmışdı.
Günün ikinci oyunu isə E qrupunda Almaniya və Yaponiya milliləri arasında olub. Görüş Yaponiya seçməsinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 33-cü dəqiqədə penaltidən Almaniya təmsilçisi İlkay Gündoğan vurub. Qalib komandadan isə 76-cı dəqiqədə Ritsu Doan tarazlığı bərpa edib. Takuma Asano 83-cü dəqiqədə Yaponiyanın qələbə qolunu vurub.
Turnir ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.
Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.
Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.
Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.
Prezident turizm sahəsində fərqlənənləri təltif edib
Bakıda Avropa çempionatının açılış mərasimi keçirilib
Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard dollara çatır
İlham Əliyev və xanımı ICESCO-nun baş direktoru ilə görüşüblər
Nərimanovda polis əməliyyatı:7 nəfər tutuldu
Azərbaycan daha bir neçə beynəlxalq sənədlərə qoşulur
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
Azərbaycan-Gürcüstan müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir
Qazaxıstanın hərbi gəmiləri Bakı buxtasına yan aldılar
Xocalıda 100 hektarlıq narkotik plantasiyası aşkarlanıb
Sabah Bakıda arabir yağış yağacaq. 26° isti olacaq
UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib
“Aztelekom” Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur
Azərbaycanda 8 qadın prokuror rəhbər vəzifədə çalışır
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var
“Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir
Azərbaycan kosmik sahəni inkişaf etdirməyə davam edəcək-Prezident
"Azercell Telecom"un dəstəklədiyi “Böyük dəbilqə” cüdo turniri başa çatıb
Prezident İlham Əliyev və xanımı Beynəlxalq Astronavtika Konqresində iştirak edir
Vaqif Xaçaturyanın cinayət işinə Hərbi Məhkəmədə baxılacaq
Lənkəranda narkotacirin evindən 8 kq heroin götürülüb
Bakı 74-cü Beynəlxalq Astronavtika Konqresiinə ev sahibliyi edir
Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub