Varşavada "Azərbaycan Kino Həftəsi" keçirilir
Azərbaycanın Polşadakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Polşa Kinematoqrafçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Varşava şəhərində Azərbaycan filmləri həftəsi keçirilir.
YeniAvropa xəbər verir ki, Azərbaycan kinematoqrafiyası ilə tanış olmaq üçün unikal şans olan film həftəsi oktyabrın 1-nə kimi Varşavanın “Kultura” kinoteatrında davam edəcək və hər bir film polyak və ingilis dillərində subtitrlərlə tamaşaçılara təqdim olunacaq.
Qonaqlar tərəfindən maraqla qarşılanan Azərbaycan kino həftəsinin açılışında Polşada fəaliyyət göstərən diplomatik missiyaların rəhbər və əməkdaşları, ölkədəki dini konfessiyaların təmsilçiləri, millət vəkilləri mədəniyyət və incəsənət xadimləri, işgüzar dairələrin nümayəndələri, Azərbaycan vətəndaşları və soydaşlarımız iştirak ediblər.
Polşa Kinematoqrafçılar Assosiasiyasının vitse-prezidenti Kinqa Dembska açılış mərasimində çıxış edərək kino həftəsinin əhəmiyyətindən söz açmış və polyak kinosevərlərə tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış filmlərin təqdim olunacağını bildirib.
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan kinosunun tarixindən danışaraq ölkəmizin mədəni həyatında onun özünəməxsus rolunu qeyd edib. Səfir bildirib ki, Fransadan olan Lümyer qardaşları 1895-ci ildə kinofilmlər çəkmək üçün yeni aparat icad edib patentləşdirdikdən cəmi üç il sonra 1898-ci ildə fransız sahibkar, fotoqraf və operator Aleksandr Mişon Azərbaycanda film çəkməyə başlayıb. Onun ilk filmi 1898-ci il avqustun 2-də çəkildiyi üçün hər il avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Əlavə olunub ki, 1916-cı ildə Pirone qardaşları Azərbaycanda kinematoqrafiyanı istehsalat sənayesinə çevirəndə Azərbaycan kino sənayesi, xüsusilə “Arşın mal alan” kinokomediyası ilə daha da inkişaf etmişdi. Azərbaycan filmləri təkcə yerli auditoriya üçün deyil, həm də xarici kinosevərlər tərəfindən rəğbətlə qarşılanırdı. 1935-ci ildə rejissorlar Boris Barnet və Səməd Mərdanov ölkədə ilk səsli film olan “Mavi dənizin sahilində” filmini çəkiblər. Daha sonra bu film dünya kinosunun 100 illiyi ilə bağlı ən nüfuzlu kino tənqidçiləri arasında keçirilən sorğuya əsasən dünya kinosunun ən yaxşı filmləri siyahısına daxil edilib. Səfir çıxışında Azərbaycan kinosunun ən uğurlu filmlərindən söhbət açaraq milli kino sənətinin inkişafı üçün həyata keçirilən mühüm işləri diqqətə çatdırıb.
Daha sonra Mazovietski əyalətinin rəhbəri Adam Strujikin adından təbrik məktubu oxunub. Varşava Baş Yeparxiyasının köməkçi yepiskopu Mixal Yanoxa isə öz çıxışında Azərbaycanda olan multikulturalizm mühiti və ölkəmizin kino tarixi haqqında öz təəssüratlarını bölüşüb.
Tədbirin sonunda rejissor Fariz Əhmədov və filmin ərsəyə gəlməsində birlikdə çalışdığı polşalı operator Mateuş Çuxnovski çıxış ediblər. Qeyd edək ki, Azərbaycan kino həftəsinin açılışında istedadlı azərbaycanlı rejissor Fariz Əhmədovun “Sonuncu” adlı sənədli filmi nümayiş olunub. Bu film rejissor Fariz Əhmədov və polşalı operator Mateuş Çuxnovskinin uğurlu yaradıcılıq tandemi hesab olunur.
Azərbaycan kino həftəsinin növbəti günlərində polyak kinosevərləri “Biz”, “Daxildəki ada”, “Miras” və digər filmlərlə tanış ola biləcəklər.
Azərbaycan nefti 101,16 dollara satılır
Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır
Qənirə Paşayevanın son durumu açıqlanıb
Xocavənddə terror aktını törədənlər saxlanılıb
Azərbaycanın güləş millisi komanda hesabında dünya çempionu olub
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunda yüksək vəzifəyə təyin olunub
Bakıda avtobusla "OPEL" toqquşub, iki nəfər ölüb
Mərkəzi Bank dövriyəyə yenilənmiş 5 qəpiklik buraxıb
Füzulidə ər arvadını öldürüb
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
Xankəndi şəhərində Azərbaycan işığı yanır
Qarabağda silah-sursatın müsadirəsi davam edir
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub-TƏBİB
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək-DİN
Sabah Bakıda yağış yağacaq,26° isti olacaq
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Parataekvondoçumuz dünya çempionu olub
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
Tbilisidə 4,7 ballıq zəlzələ olub
Ərdəbildə İƏT ölkələri turizm nəzirlərinin görüşü keçiriləcək