Prezident İlham Əliyev avqustun 30-da Özbəkistanda yaşayan soydaşımız Nəsibə Abdullayeva Azərbaycanın xalq artisti fəxri adının verilməsi ilə bağlı sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilsin".
Qeyd edək ki, Nəsibə Məlik qızı Yarməhəmmədova 1961-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. 1990-cı ildə Gəncədən olan azərbaycanlı gitara ifaçısı Eldar Abdullayevlə ailə qurub. Bu nigahından iki oğlu vardır.
1993-cü ildə Özbəkistan Respublikasının xalq artisti fəxri adı ilə təltif edilib.