Bu gün Bakıda Qazax Yurdunda Süyunbay adına Almatı vilayət filarmoniyasının “Kobız sarını” folklor-etnoqrafik ansamblının çıxışı olub.
YeniAvropa xəbər verir ki, ansambl iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Qazaxıstanın mədəniyyət günləri çərçivəsində Azərbaycana səfərə gəlib.
Ansambl proqram boyunca bir sıra qazax xalq əsərlərini ifa edib.
Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edilməsi çərçivəsində Bakı Dəniz Vağzalının yaxınlığında qazax köçərilərinin ənənəvi yaşayış yeri - yurd quraşdırılıb.
Ziyarətçilər həmçinin Qazaxıstanın turizm, o cümlədən etno-turizm sahəsindəki imkanları, dağ-xizək kurortlarına turlar və s. barədə məlumat əldə edə biləcəklər.