“Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək
İyunun 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.
YeniAvropa xəbər verir ki, konsertdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun müşahidə şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və baş dirijoru, Xalq artistləri Fəxrəddin Kərimov, Samir Cəfərov, Əməkdar artistlər Aygün Zeynalova, Aygün Bəylər, Arzu Əliyeva, Ceyla Seyidova, “Muğam” televiziya müsabiqəsi qalibləri Günay İmamverdiyeva, Babək Şuşalı və ifaçı Cəlal Kərimov çıxış edəcəklər.
Bədii hissədən dərhal sonra filarmoniyanın yay zalında rəsmi ziyafət baş tutacaq.
Qeyd edək ki, konsert və rəsmi ziyafət üçün biletləri Qarabağ Dirçəliş Fonduna müraciət edərək, eyni zamanda, “iTicket.az” saytından və satış məntəqələrindən əldə etmək mümkündür. (Bilet əldə etmək üçün linkə keçid et: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert). Konsertdən əldə olunan vəsaitlər işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi, həmçinin burada ekoloji tarazlığın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcək.
Qarabağ Dirçəliş Fondu hər kəsi işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək olmaq kimi mühüm bir missiyaya xidmət edəcək konsertə bilet əldə etməyə dəvət edir. Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.
Azərbaycan nefti 101,16 dollara satılır
Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır
Qənirə Paşayevanın son durumu açıqlanıb
Xocavənddə terror aktını törədənlər saxlanılıb
Azərbaycanın güləş millisi komanda hesabında dünya çempionu olub
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunda yüksək vəzifəyə təyin olunub
Bakıda avtobusla "OPEL" toqquşub, iki nəfər ölüb
Mərkəzi Bank dövriyəyə yenilənmiş 5 qəpiklik buraxıb
Füzulidə ər arvadını öldürüb
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
Xankəndi şəhərində Azərbaycan işığı yanır
Qarabağda silah-sursatın müsadirəsi davam edir
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub-TƏBİB
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək-DİN
Sabah Bakıda yağış yağacaq,26° isti olacaq
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Parataekvondoçumuz dünya çempionu olub
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
Tbilisidə 4,7 ballıq zəlzələ olub
Ərdəbildə İƏT ölkələri turizm nəzirlərinin görüşü keçiriləcək