logo

Ucarda qaz xəttində güclü partlayış: Alov 8 metr hündürlüyə qalxdı

22:14 04-02-2022 | icon 9401
Ucarda qaz xəttində güclü partlayış: Alov 8 metr hündürlüyə qalxdı

Ucarda qaz xəttində baş verən sızma güclü yanğına səbəb olub.

YeniAvropa xəbər verir ki,  hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Eyni yerdə yerləşən 4 ana xətdə – 315 mm-lik, 160 mm-lik, 110 mm-lik və 225 mm-lik qaz xəttində baş verən yanğın zamanı alovun hündürlüyü 7-8 metrəyə çatıb.

Yanğın güclü olduğundan həmin xətdə qaz təchizatı müvəqqəti dayandırılıb. Bu səbəbdən də rayonun Alpout, Qazıqumlaq, Ramal, Qaradağlı, Çini, Məlikballı, Alıkənd və rayon mərkəzinin bir hissəsi qazsız qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Ölən və xəsarət alan olmayıb.