Bakı-Qazax yolunda baş verən ağır yol qəzasında iki nəfər ölüb.
YeniAvropa xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda, Ağdaşın Yenicə kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, minik və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olanlar - Şamaxı rayon sakini 29 yaşlı Əmrahov Gülxas Füzuli oğlu və hələlik şəxsiyyəti bəlli olmayan digər sərnişin hadisə yerində ölüb.
Xəsarət alan 1991-ci il təvəllüdlü Usubov Şakir Təbriz oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.