logo

Bakıda yataqxanada yanğın olub, xəsarət alanlar var

23:13 26-01-2022 | icon 6895
Bakıda yataqxanada yanğın olub, xəsarət alanlar var

Bakıda beşmərtəbəli yataqxana binasında yanğın hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə Yasamal rayonunda  qeydə alınıb.

Belə ki, yaşayış olmayan beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin bir otağında taxta qırıntıları 1 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.