Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxinin, eyvanının yanar konstruksiyaları və ev əşyaları 20 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.