logo

Tovuzda  “NAZ Lifan”  65 yaşlı qadını vurub öldürdü

21:31 24-01-2022 | icon 6993
Tovuzda  “NAZ Lifan”  65 yaşlı qadını vurub öldürdü

Tovuzda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

 

YeniAvropa xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, saat 19:00 radələrində “NAZ Lifan” markalı minik avtomobili piyada, 1957-ci il təvəllüdlü Zərdəstə Məmmədovanı vurub.

Qadın hadisə yerində ölüb.

 Faktla bağlı araşdırma aparılır.