logo

Masallıda xəstə qadın evdə yanaraq öldü

09:29 22-01-2022 | icon 7434
Masallıda xəstə qadın evdə yanaraq öldü

Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Ələkbərova Cənnət Yaqub qızının (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.